Bu bölmədə 1001Xidmet.az saytında təqdim olunan ödənişli təşviq xidmətləri və onların istifadə şərtləri barədə məlumat əldə edə bilərsiniz. Bu xidmətlər elanlarınızın daha çox istifadəçi tərəfindən görülməsinə və potensial müştərilərin cəlb edilməsinə yardımçı olur.
“İrəli Çək” Xidməti
“İrəli çək” – ödənişli irəlilətmə xidmətidir. Bu xidmət tətbiq olunduğu andan elan öz kateqoriyası üzrə digər elanlar arasında və “Son elanlar” blokunda ön sıralara qalxır.
“İrəli çək” xidməti tətbiq olunduqdan sonra elan yeni yerləşdirilmiş elan kimi görsənir. Nəticədə, elanınız daha çox potensial alıcıya göstərilir və siz malları daha tez satırsınız.
Elanın dərc olunma tarixi xidmətin tətbiq olunma tarixi ilə əvəzlənir.
Yuxarı sıralara qaldırıldıqdan sonra kateqoriya üzrə və “Son elanlar” blokuna yeni elanlar əlavə olunduqca elan tədricən siyahının aşağı sıralarına enəcək.
“VIP” və “Premium” xidmətlərini aldıqda “İrəli çək” xidməti bonus olaraq tətbiq olunur.
Xidmətin ödənişi nə qədərdir?
Xidməti tətbiq etmək üçün aşağıdakı seçimlər mövcuddur:
Elanınız qeyd edilən müddətdən bir, avtomatik olaraq son elanlar blokunda və axtarış nəticələrində birinci sıraya qalxacaq. Xidmətin təkrar tətbiqolunma vaxtı ilk dəfə tətbiq olunduğu andan hesablanır.
Xidmət necə işləyir?
Hər gün 1001Xidmet.az saytında minlərlə yeni elanlar dərc olunur. Bu elanlar axtarış nəticələrində müxtəlif cür sıralanır. Hər bir elanın pozisiyası çoxsaylı faktorlardan asılıdır. Məsələn, elanın dərc olunduğu tarix, onun axtarış sorğusuna uyğunluğu, eləcə də tətbiq edilən ödənişli xidmətlər vacib rol oynayır. Elanların sıralanması bütün bu parametrlərə əsasən çeşidlənir.
Əgər elanı 8 saatdan bir deyil, daha tez-tez irəli çəkmək lazımdırsa, öncəki dövrənin başa çatmasını gözləmədən xidməti yenidən əldə etmək mümkündür. Hər bir tətbiqolunmanın öz dövrəsi var və onlar paralel işləyə bilir.
Xidmət elanın aktivlik müddətinə təsir edirmi?
“İrəli çək” xidmətindən istifadə etdikdən sonra elanınızın aktivlik müddəti seçilən irəlilətmə sayına uyğun olaraq uzadılacaq.
Xidməti yalnız elanın aktivlik müddəti bitmədiyi halda tətbiq etmək mümkündür. Elan müddətinin uzadılması xidmətin adında göstərilən irəlilətmə sayından asılıdır və aktivləşdirildiyi andan başlayır.
Nümunə:
Xidməti bir neçə dəfə tətbiq etdikdə nə baş verəcək?
Əgər siz “İrəli çək” xidmətini bir neçə dəfə alsanız, hər bir aldığınız xidmət ödənişdən dərhal sonra yerinə yetiriləcək. Xidməti 5 dəqiqəlik intervalla əldə etmek mümkündür.
“VIP” Xidməti
“VIP” – ödənişli irəlilətmə xidmətidir. Bu xidmət tətbiq olunduğu andan elan təsadüfi qaydada axtarış nəticələrinin “VIP elanlar” blokunda göstərilir.
Elanlar axtarış nəticələri səhifələrinin VIP blokunda təsadüfi qaydada ən yuxarı sətirlərdə yerləşdirilir.
Mobil tətbiqdə VIP bloku axtarış nəticələrində hər 36 elandan bir təkrarlanır və blokda 4 elan göstərilir (sonsuz sürüşdürmə imkanı mövcuddur).
Axtarış nəticələrindəki VIP bloku saytın tam versiyasında eyni anda 7 elanadək, mobil versiyasında isə 4 elanadək göstərir.
VIP elanlar həmçinin elan səhifələrində də göstərilir və “Bənzər elanlar” blokunun birinci sətrində yer alırlar.
“VIP” xidmətini aldıqda bonus olaraq elana gündəlik (ödəniş anından etibarən 24 saatdan bir) “İrəli çək” xidməti tətbiq olunur.
Xidmət tətbiq olunan elanların kartında, aşağı sağ küncdə xüsusi nişan – daxilində “V” hərfi olan beşbucaqlı yerləşdirilir.
Xidmətin ödənişi nə qədərdir?
Xidməti tətbiq etmək üçün aşağıdakı seçimlər mövcuddur:
Xidmət necə işləyir?
Hər səhifə yenilənməsi zamanı sistem elanları təsadüfi qaydada elə seçir ki, eyni ödənişli xidmət tətbiq olunduğu VIP elanlar potensial alıcılara bərabər sayda göstərilir. Hətta baxdığınız anda sizdə hər hansısa VİP elan görünmürsə, həmin anda bu elanı digər ziyarətçilərin gördüyünə əmin ola bilərsiniz.
Bununla yanaşı VIP elanın aid olduğu kateqoriyanın səhifəsində, “VIP elanlar” blokunda, elanın aid olduğu bölmənin səhifəsində və axtarış nəticələrində də yuxarı sıralarda göstərilir.
Xidmət elanın aktivlik müddətinə təsir edirmi?
“VIP” xidməti elanın aktivlik müddətini tətbiq olunduğu andan etibarən 30 gün uzadır. Xidməti hətta elanın aktivlik müddəti bitdikdə və ya yerləşdirmə limiti aşıldıqda belə tətbiq etmək mümkündür.
Nümunə:
1 mart: siz pulsuz elan yerləşdirdiniz – onun aktivlik müddəti 30 gündür (martın 1-dən 30-dək).
5 mart: elanın müddətinin bitməsinə 25 gün qalır (martın 5-dən 30-dək). Əgər siz “VIP” xidmətini aktivləşdirsəniz, elanın aktivlik müddəti 30 gün müddətinə, yəni, aprelin 4-dək uzadılacaq.
Xidməti bir neçə dəfə tətbiq etdikdə nə baş verəcək?
VIP xidməti daha uzun müddət aktiv qalacaq. Əgər siz 5 günlük “VIP” xidmətini iki dəfə tətbiq etsəniz, VIP xidmətinin aktivlik müddəti 10 gün təşkil edəcək.
Elan ona dəyişikliklər edildikdən sonra “VIP elanlar” blokunda qalacaqmı?
Bəli, əgər bu dəyişikliklər saytın qaydalarını pozmursa, qalacaq.
TÖVSİYƏ: saytda yerləşdirilən hər bir elan yoxlamadan keçməlidir və bunun üçün müəyyən qədər vaxt tələb olunur. Ödənişli xidmətlərdən istifadə etməyə tələsməyin, əvvəlcə elan yerləşdirmə qaydaları ilə tanış olun.